19 
Okt
2021
14:04
268
12
1616
Virtual karabakh

Slovakiyadan Azərbaycana minatəmizləmə texnikası gətiriləcək

19 Okt, 2021
14:04
1616

Slovakiyadan Azərbaycana minatəmizləmə texnikası gətiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxın həftələrdə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılmış və 44 gün davam edən Zəfərin ildönümünü qeyd edəcəyik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafına Slovakiyanın hansı töhfələr verəcəyi məsələlərini müzakirə etdik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan azad olunan ərazilərin minalardan təmizlənməsi sahəsində Slovakiya ilə əməkdaşlıq edir:

“Slovakiyadan yeddi minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb. Bu yaxınlarda həmin texnikanın birinci hissəsi Azərbaycana gətiriləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri