22 
Okt
2021
10:56
614
24
6271
Virtual karabakh

Azərbaycan yeni qırıcı təyyarələr alır

22 Okt, 2021
10:56
6271

Azərbaycan yeni qırıcı təyyarələr alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələrində bütün islahatlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Hər bir qoşun növünün öz inkişaf strategiyası və proqramı var”.

Bunu müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov “Report”un sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və s. məsələlər konseptual şəkildə yerinə yetirilir:

“Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri