26 
Okt
2021
13:21
535
11
1783
Virtual karabakh

Şəhid Elçin Həsənlinin anım mərasimi keçirildi - FOTO/VİDEO

26 Okt, 2021
13:21
1783

Şəhid Elçin Həsənlinin anım mərasimi keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəhid Elçin Həsənlinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra şəhid Elçin Həsənlinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub. Şəhidin atası Vaqif Həsənli övladı haqqında xatirələrini bölüşüb.

Qeyd olunub ki, Şuşa uğrunda gedən döyüşdə şəhid olan Elçin Həsənli göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Şəhidin anası Xatirə İsmayılova ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri təqdim edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri