27 
Okt
2021
18:04
923
14
2400
Virtual karabakh

Düşmənin beş tankını qənimət kimi götürən şəhidimiz yad edildi - VİDEO

27 Okt, 2021
18:04
2400

Düşmənin beş tankını qənimət kimi götürən şəhidimiz yad edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi şəhidi Azad Hümbətovun xatirəsi yad edilib.

Onunla bağlı xatirələrini bölüşən döyüş yoldaşları bildirir ki, baş leytenant Azad Hümbətov yaralı olmasına baxmayaraq, iki gün vəziyyəti ağır olan döyüş yoldaşını çiynində daşıyıb. 

Müharibədə düşmənin 5 tankını qənimət kimi götürən Azad Hümbətov ötən ilin 27 oktyabrında Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, A.Hümbətov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsində göstərdiyi şücaətə görə isə şəhidimizə 9 dekabr 2020-ci ildə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Ətraflı süjeti təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri