27 
Okt
2021
17:08
338
11
1480
Virtual karabakh

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub - VİDEO

27 Okt, 2021
17:08
1480

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən müharibəsində düşmən ordusu məğlub olub geri çəkildikcə, hərbi obyektlərdən kənarda yerləşən yaşayış ərazilərini hədəf seçirdilər. Rayonlara, kəndlərə raketlər yağdıraraq infrastrukturu məhv edir, insanlara ziyan vururdular. 

Düşmən atəşi nəticəsində zərər görən rayonlardan biri də Goranboy idi. Rayonda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi dağıdılıb, 373 tikiliyə zərər dəyib. 
Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülən işlər nəticəsində 366 tikili təmir-bərpa olunub, 4 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda isə bir yaşayış evinin inşası və digər tikililərin təmir-bərpası yekunlaşmaq üzrədir.

Düşmənin ziyan vurduğu şəhərlər arasında Naftalan da var. Şəhərin Qaşaltı Qaraqoyunlu kəndində atılan raket bir ailənin 5 üzvünün həlak olması ilə nəticələnib. Zərbənin təsirindən mənzil dağılaraq yararsız hala düşüb. Hazırda həmin evin yerində yenisi inşa edilir. Həmçinin 2 tikili üzrə təmir-bərpa işləri yekunlaşıb.

Ümumilikdə müharibə zamanı 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri