Noy
2021
10:36
912
27
8840
Virtual karabakh

Hikmət Mirzəyevin büstü özünə təqdim edildi - YENİLƏNİB + FOTO/VİDEO

1 Noy, 2021
10:36
8840

Hikmət Mirzəyevin büstü özünə təqdim edildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin büstünü özüm üçün hazırlamışdım. Dostlarım bildirdi ki, bu büstü onun özünə təqdim edim”.
 
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc müəllimi, heykəltəraş Zamik Rzayev bildirib. 

O qeyd edib ki, görüş təşkil edilib və büstü Hikmət Mirzəyevə təqdim edib:

“O, özü məni qarşıladı, görüşdü və büstü bəyəndiyini bildirdi”.

İlhamə Əbülfət

10:02

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc müəllimi, heykəltəraş Zamik Rzayev Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin büstünü özünə təqdim edib.

Z.Rzayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Z.Rzayev bir çox şəhidin xatirəsinə ucaldılmış heykəllərin müəllifidir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri