Noy
2021
11:19
472
16
8150
Virtual karabakh

Ermənistanın Mingəçevirə atdığı raketləri məhv edən silahlar – VİDEO

3 Noy, 2021
11:19
8150

Ermənistanın Mingəçevirə atdığı raketləri məhv edən silahlar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyasını vurmaq üçün atdığı raketləri məhv edən silahların adları açıqlanıb.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə İTV-nin efirində yayımlanmış “Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə bildirilib.

Hərbi Hava Qüvvələrində xidmət edən zabitlərdən biri deyib ki, Mingəçevirə atılan ballistik raketlərdən biri “BUK” zenit raket kompleksi vasitəsilə məhv olunub.

Digər zabit isə bildirib ki, Mingəçevirə atılan ballistik raketləri yaxına buraxdıqdan sonra məhv etmə zonasının yaxın sərhədində onları S-300 hava hücumundan müdafiə sistemləri ilə məhv edib.

Hərbi Hava Qüvvələri həmin hədəfləri cəmi 50 saniyəyə aşkar edib.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri