Noy
2021
13:14
232
10
1564
Virtual karabakh

Tərtərdə 5600 tikilinin təmir-bərpa işləri yekunlaşıb - VİDEO

3 Noy, 2021
13:14
1564

Tərtərdə 5600 tikilinin təmir-bərpa işləri yekunlaşıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin ərazimizə təcavüzü nəticəsində ən çox ziyan görmüş rayon Tərtərdir. 

Burada ümumilikdə 6 minə yaxın tikiliyə zərər dəyib. Bunlardan 57 yaşayış evi və 5 qeyri-yaşayış obyekti tamamilə dağıdılıb. 

Dövlət başçısının tapşırığına əsasən 5600-ə yaxın tikilinin təmir-bərpası, 44 yaşayış evi və 4 qeyri-yaşayış obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib. Hazırda 13 yaşayış evi və 1 qeyri-yaşayış obyektinin inşası, 300-dən çox tikilinin təmir-bərpa işləri davam edir. 

Tərtər rayonu üzrə işlərin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər edilib. 

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri