Noy
2021
14:26
301
10
1397
Virtual karabakh

Gəncədə ermənilərin raketlə dağıtdığı şəhid evi bərpa olunub - FOTO

4 Noy, 2021
14:26
1397

Gəncədə ermənilərin raketlə dağıtdığı şəhid evi bərpa olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi dövründə ermənilərin raket hücumu zamanı dağılan şəhid Ramil İsmayılovun ailəsinin yaşadığı mənzil təmir edilib.

“Report”un məlumatına görə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raketlər kompleksindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Erməni silahlı dəstələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorlar nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib. Digər evlərdə isə təmir-bərpa işləri davam etdirilir.

Həmin mənzillərdən biri də Gəncə şəhər sakini, Şəhid Ramil İsmayılovun atası İsmayılov İsmayıl Məmməd oğluna məxsus mənzildir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri