Noy
2021
20:12
234
18
888
Virtual karabakh

Azərbaycan hərbçiləri "Efes-2022" təliminin planlama konfransında iştirak ediblər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” beynəlxalq təliminin planlama konfransında iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, beynəlxalq təlimdə iştirak edəcək ölkələrin nümayəndə heyətləri ilə keçirilən konfransda təlimə hazırlıq məsələləri və icra olunacaq tapşırıqlar müzakirə olunub.

“Efes-2022” beynəlxalq təliminin qərargahların kompüter dəstəkli və bölmələrin döyüş atışlı taktiki təlimlərindən ibarət iki mərhələdə keçirilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri