17 
Noy
2021
11:10
48
1377
24620
Virtual karabakh

Döyüşlərdə Azərbaycan ordusunun hərbi qulluqçuları şəhid olub - SİYAHI + VİDEO

17 Noy, 2021
11:10
24620

Döyüşlərdə Azərbaycan ordusunun hərbi qulluqçuları şəhid olub - SİYAHI + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəhidlərin siyahısını təqdim edirik:

- leytenant Niftəliyev Ümüd Oruc oğlu;

- gizir Cabbarov Orxan Hətəm oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;

- əsgər Ağayev Elçin Mərifət oğlu;

- əsgər Əlizadə Elmin Samir oğlu;

- əsgər Əliyev Elçin Ramil oğlu;

- əsgər Xəlilov Murad Qalib oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri