18 
Noy
2021
12:42
260
37
5078
Virtual karabakh

Şəhid Elmin Əlizadə dəfn edilib - FOTO

18 Noy, 2021
12:42
5078

Şəhid Elmin Əlizadə dəfn edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri Elmin Samir oğlu Əlizadə dəfn edilib.

Qəhrəman igidimiz Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib.

Dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub.

Döyüşlərdə 10 hərbçimiz yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri