19 
Noy
2021
13:49
83
732
6437
Virtual karabakh

İran çətin günün dostudur? - VİDEO

19 Noy, 2021
13:49
6437

İran çətin günün dostudur? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Azərbaycanda yaxşı tanınan “Səhər” televiziya kanalı 44 günlük müharibədə Azərbaycanın qələbəsinin ildönümü münasibətilə “Çətin günün dostu” adlı sənədli film hazırlayıb.

Dörd hissədə tamaşaçılara təqdim olunan təqribən 90 dəqiqəlik filmdə xronoloji, yəni tarixi ardıcıllıqla Vətən müharibəsinin önəmli hadisələri fonunda İran İslam Respublikasının tutduğu mövqedən söz açılıb.

Müxtəlif İran rəsmilərinin həmin dövrdə verdiyi açıqlamalar əsasında Azərbaycan tamaşaçılarına belə bir fikir təlqin olunmasına çalışılıb ki, İran müharibənin ilk günündən sonuna qədər Azərbaycanın yanında olub. Qərb ölkələrinin Ermənistanı müdafiə etdiyi və Azərbaycana təzyiq göstərdiyi bir şəraitdə Azərbaycanı dəstəkləyib.

Yəni bir növ çətin günün dostu kimi çıxış edib. Amma, bəri başdan deyək ki, filmdə hamıya o cümlədən Azərbaycan tamaşaçısına yaxşı bəlli olan faktlar açıq-aşkar təhrif edilib.

İranın müharibənin gedişində tutduğu mövqe bir tərəfli şəkildə yalnız müsbət planda təqdim olunub. 

Daha ətrafı “Azad İran”ın süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri