Dek
2021
18:12
285
30
2144
Virtual karabakh

Ağdamda 33 il əvvəl əkilən çinar ağacları - VİDEO

2 Dek, 2021
18:12
2144

Ağdamda 33 il əvvəl əkilən çinar ağacları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinar ağacları işğaldan azad edilən Ağdamın Şahbulaq qalasından qürurla boylanır. Bu möhtəşəm çinarları əkən şəxs isə Rafael Ədilovdur. 

Rafael Ədilovun oğlu Vasif deyir ki, atası çinarları o doğulanda əkib. Onun sözlərinə görə, axırıncı dəfə bu ünvanda 5 yaşında olub. Atasının “sən dünyaya gələndə ona görə burada çinar əkdim ki, o ağac qədər əzəmətli və uzunömürlü olasan” deməsini xatırlayır.

27 ildən sonra öz evinə, öz məhəlləsinə gələn Vasifin əhvalı da dəyişib. Özünü ən müqəddəs torpaqları ziyarət etmiş kimi hiss etdiyini deyib. Vasif Ədilov indi səbirsizliklə doğma yurduna qayıdacağı günü gözləyir. Özü də yeni doğulan oğlu Mübarizlə...

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri