Dek
2021
19:17
826
33
22177
Virtual karabakh

Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən FOTO

4 Dek, 2021
19:17
22177

Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan tərəfinin Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edən şəxslə bağlı növbəti saxta təbliğatı ifşa olunub.

Belə ki, dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs hərbçimizə hücum edib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Lakin Ermənistan tərəfi sözügedən şəxsin mülki vətəndaş (çoban) olduğunu iddia edərək Azərbaycanı ittiham etmək üçün saxta təbliğata əl atıb.

Oxu.Az-ın əldə etdiyi fotolar isə Ermənistanın növbəti saxta təbliğatını ifşa edir.

Belə ki, fotoda hərbi qulluqçumuza hücum edən şəxsin hərbçi olduğu, Ermənistan ordusuna məxsus hərbi geyimdə olduğu əks olunub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri