13 
Dek
2021
12:18
190
12
2092
Virtual karabakh

Azərbaycan erməni hakerlərə görə beynəlxalq təşkilatlara müraciət edib - FOTO

13 Dek, 2021
12:18
2092

Azərbaycan erməni hakerlərə görə beynəlxalq təşkilatlara müraciət edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibercinayətkarlığa qarşı mübarizə aparan beynəlxalq təşkilatlara 3 erməni hakeri ilə bağlı müraciət edib.

“Report” xəbər verir ki, bunu “Azərbaycanda pandemiya dövründə dələduzluq” adlı konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

“Ötən ilin iyununda Fuad Musayev adlı şəxsin adından insanlara məktublar daxil olub. Bu sahədə müəyyən bilgisi olanlar göndərilən elektron poçt adresinə baxmaqla bunun şübhəli olduğunu anlaya bilər”, - T.Məmmədov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum bu elektron poçtun kiberhücum olduğunu müəyyənləşdirib:

“Araşdırmamız nəticəsində məlum oldu ki, bu hücumun arxasında Ermənistana məxsus “IT Security LLC” (itsec.am) şirkəti dayanır. Bu şirkət vasitəsi ilə Armen Qnuni (Armen Gnuni), İran ermənisi Ara Babaxani (Ara Babakhani), Aşot Mnatsakanyanın (Ashot Mnatsakanyan) həmin hücumu Fuad Musayev adı altında həyata keçirdiyini müəyyən etdik və cinayətə beynəlxalq səviyyədə qiymət verilməsi üçün müvafiq qurumları məlumatlandırmışıq”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri