24 
Dek
2021
11:08
135
12
872
Virtual karabakh

Emin Hüseynov: “Düşmənin törətdiyi vandalizm aktlarının dünyada bənzəri yoxdur”

24 Dek, 2021
11:08
872

Emin Hüseynov: “Düşmənin törətdiyi vandalizm aktlarının dünyada bənzəri yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 30 il işğal altında olan doğma torpaqlarını azad etdi”.

APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda “İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış Proqramı” mövzusunda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, bu şanlı qələbə regionda liderliyini möhkəmləndirən Azərbaycan üçün yeni reallıqlar yaratmış oldu:

“Bu günə qədər dünyada bir çox ölkələrdə postmünaqişə əraziləri bərpa edilib və insanlar öz yurd-yuvalarına qayıdıb. Amma hər bir münaqişə, dağıntının səviyyəsi bir-birindən fərqlənir.

Azərbaycandakı vəziyyət, düşmənin törətdiyi vandalizm aktlarının dünyada bənzəri yoxdur. Digər münaqişələrdə də dağıntılar olub, amma bütöv şəhərlərin yer üzündən silinməsi kimi dağıntı heç yerdə görünməyib. Mənfur düşmən Qarabağda bizim tarixi mədəni abidələrimizə, iqtisadiyyatımıza, ekologiyamıza qarşı elə vandalizm aktları həyata keçirib ki, bunun fəsadlarını aradan qaldırmaq üçün uzun illər tələb olunacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri