Yan
2022
23:22
21
932
13344
Virtual karabakh

Hərbçimiz Kəlbəcərdə minaya düşüb: Baş Prokurorluqdan AÇIQLAMA - YENİLƏNİB + VİDEO

2 Yan, 2022
23:22
13344

Hərbçimiz Kəlbəcərdə minaya düşüb: Baş Prokurorluqdan AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq Azərbaycan Ordusunun hərbi qulluqçusunun minaya düşməsi ilə bağlı açıqlama yayıb.

Oxu.Az-a verilən məlumatda bildirilib ki, yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

23:08

Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində xəsarət alıb.

Yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri