Yan
2022
20:42
363
50
3342
Virtual karabakh

Azərbaycanın tibbi yardım göstərdiyi erməni hərbçi ölkəsində baxımsızlıqdan əlil ola bilər

4 Yan, 2022
20:42
3342

Azərbaycanın tibbi yardım göstərdiyi erməni hərbçi ölkəsində baxımsızlıqdan əlil ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 26-da Azərbaycan saxlanılan iki erməni hərbçisini İrəvana təhvil verib.

Onlardan biri Aren Aramyandır. O, noyabrın 16-da Zəngəzur istiqamətində saxlanılıb.

“Aren döyüş zamanı diz nahiyəsindən yaralanıb. O, Azərbaycanda iki dəfə əməliyyat olunub. Ayağını hərəkət etdirməyə başlaması üçün raen, Ermənistanda reabilitasiya kursundan keçməli idi. Lakin vətənə qaytarıldıqdan sonra həbs olundu”, - deyə hərbçinin vəkili Ara Karapetyan bildirib.

Onun sözlərinə görə, hazırda Aren heç bir reabilitasiya müalicəsi almır və psixo-emosional vəziyyəti baxımından heç də ən yaxşı formada deyil. Belə ki, Ermənistana qaytarılandan sonra Aren Mərkəzi Hərbi Hospitalın həkimlərinin nəzarəti altında olub və xəstəxana çarpayısından birbaşa həbsxana kamerasına aparılıb.

Xatırladaq ki, kiçik çavuş Aramyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsilə (ağır nəticələrə səbəb olan döyüş vəzifəsi və ya hərbi xidmət qaydalarının pozulması) cinayət işi qaldırılıb.

Mənbə: “Sputnik Armenia”

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri