12 
Yan
2022
14:21
70
581
6229
Virtual karabakh

Şəhidimiz dəfn edildi - YENİLƏNİB + FOTO

12 Yan, 2022
14:21
6229

Şəhidimiz dəfn edildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid olan Ayaz Azər oğlu Nəzərov dəfn olunub.

Oxu.Az xəbər verir ki, şəhid doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

12:58

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu ilə vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, şəhidin nəşi Tovuz rayonunun, Bozalqanlı kəndində yaşadığı evə gətirilib.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Qeyd edək ki, A.Nəzərov 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri