17 
Yan
2022
20:20
355
24
2897
yuxarı
İrəvana qaytarılan altı erməni hərbçi barədə cinayət işi açılıb - VİDEO
17 Yan, 2022
20:20
2897
355
24
İrəvana qaytarılan altı erməni hərbçi barədə cinayət işi açılıb - VİDEO
2021-ci il noyabrın 16-da Azərbaycan tərəfindən saxlanılan və bir qədər sonra Ermənistana qaytarılan altı hərbçidən heç biri zərərçəkmiş kimi tanınmayıb.
Bu barədə Ermənistan mətbuatı yazıb.
Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildirilib ki, Azərbaycan tərəfindən qaytarılan 26 hərbçidən 6-sı barəsində cinayət işi başlanıb və onlar həbs edilib. Həbs olunanlar arasında üç zabit də var. Onların heç biri zərərçəkmiş kimi tanınmayıb.
Mənbə: “Sputnik Armenia”