25 
Yan
2022
13:42
178
22
5788
Virtual karabakh

Hadrutda zirzəmidə yığılan qəbir daşlarının “kimliyi” bəlli oldu - VİDEO

25 Yan, 2022
13:42
5788

Hadrutda zirzəmidə yığılan qəbir daşlarının “kimliyi” bəlli oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət əvvəl ermənilərin Hadrutu işğal etdikdən sonra azərbaycanlıların qəbir daşlarını sökdükləri görüntülər sosial şəbəkələrdə əks olunmuşdu. Cəbrayıl işğal altında olan zaman Hadrutda yaşayan ermənilər burada olan qəbir daşlarını sökərək məzarları dağıdıblar. Qəbir daşlarının bəzilərini isə zirzəmilərə yığıb, bəzilərini satmaq məqsədilə istifadə etmişdilər. Həmsöhbətimiz Haqverdiyeva Həcərin üç yaxını-anası, atası və gəlinlərinin məzarı məhz həmin dağıdılmış qəbirdaşlarının arasında olub. 

H.Haqverdiyevanın təkcə valideynlərinin məzarı deyil, eyni zamanda qardaşının yoldaşı və əmisinin məzar daşı da dağıdılaraq məhv edilib. 

Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan ordusu Hadrutu işğaldan azad etdikdən sonra qəbir daşlarından bəziləri Hadrutda zirzəmidə tapılıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri