29 
Yan
2022
12:24
365
18
1478
Virtual karabakh

Ağdamda 8 min hektardan çox ərazi minalardan təmizlənib - VİDEO

29 Yan, 2022
12:24
1478

Ağdamda 8 min hektardan çox ərazi minalardan təmizlənib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ANAMA-nın minaaxtaranları üçün Ağdamda yeni mobil sahə düşərgəsi salınıb. Sahə düşərgəsi işğaldan azad edilən rayonda minatəmizləmə işlərini sürətləndiriləcək.

Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilib və heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir. 

ANAMA-nın Ağdamdakı mobil sahə düşərgəsi icra edilən əməliyyatların miqyasının genişləndirilməsinə, mərkəzin işçi heyətinin sayının artırılmasına xidmət edəcək. Düşərgə minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşına bilər.

Qeyd edək ki, ANAMA son bir ildə Ağdamda 8 min hektardan çox ərazini partlamamış mina və döyüş sursatlarından təmizləyib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri