Mar
2022
16:23
767
25
9447
Virtual karabakh

MN: “Ermənilərin yaydığı məlumat yalandır” - YENİLƏNİB + VİDEO

7 Mar, 2022
16:23
9447

MN: “Ermənilərin yaydığı məlumat yalandır” - YENİLƏNİB + VİDEO

“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur”.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir.

“Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”, - deyə məlumatda bildirilib.

15:02

Azərbaycan-Ermənistan sərhədində atışma olub. 

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan istiqamətində baş verən insident nəticəsində iki erməni hərbçi yaralanıb.

Qeyd edilib ki, onlardan biri - leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.

Mənbə: Sputnik Ermənistan

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri