20 
Mar
2022
22:30
32
505
1776
Virtual karabakh

Kiyevdə mərmi yaşayış binasının həyətinə düşdü: Xəsarət alanlar var – VİDEO

20 Mar, 2022
22:30
1776

Kiyevdə mərmi yaşayış binasının həyətinə düşdü: Xəsarət alanlar var – VİDEO

Kiyevdə mərminin düşməsi nəticəsində yaşayış binasında yanğın baş verib.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Martın 20-də günorta saatlarında xilasetmə xidmətinə Ukrayna paytaxtının Svyatoşinski rayonunda yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib. Müəyyən edilib ki, mərmi qəlpələrinin düşməsi nəticəsində 10 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanında və iki şəxsi avtomobildə yanğın baş verib.

Hazırda yanğın söndürülüb. Sakinlər binadan təxliyə edilib.

Şəhərin meri Vitali Kliçko “Telegram”da qeyd edib ki, mərmi on mərtəbəli yaşayış binasının yanındakı həyətə düşüb. Binaya ziyan dəyib, həyətdəki maşınlar yanıb. Hazırda ölən olmasa da, 5 nəfər xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər və xilasedicilər hadisə yerindədir.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri