29 
Mar
2022
20:20
271
61
2323
Virtual karabakh

Medinski: “Kiyev və Çerniqov istiqamətində deeskalasiya atəşkəs demək deyil”

29 Mar, 2022
20:20
2323

Medinski: “Kiyev və Çerniqov istiqamətində deeskalasiya atəşkəs demək deyil”

“Kiyev istiqamətində gərginliyin azaldılması digər məsələlərlə yanaşı ona görə zəruridir ki, burada qərar qəbul etməli olan insanlar var”.

Bunu çərşənbə axşamı Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski deyib.

Eyni zamanda o əlavə edib ki, Kiyev və Çerniqov istiqamətində gərginliyin azaldılması atəşkəs demək deyil.

Medinski qeyd edib ki, Kiyevin təklifləri kompromis üçün ilk konkret iradə ifadəsidir.

Medinski əlavə edib ki, RF Silahlı Qüvvələrinin Baş Qərargahı “yaxın gələcəkdə münaqişənin iki istiqamətdə səngiməsinin və ya deeskalasiyasının nə demək olacağı” barədə konkret təfərrüatları açıqlayacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri