20 
İyn
2022
15:24
117
13
1082
Virtual karabakh

Azad edilən ərazilərdə daha 92 mina aşkarlandı

20 İyn, 2022
15:24
1082

Azad edilən ərazilərdə daha 92 mina aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, iyunun 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 13 mina və 58 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 557 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri