25 
İyn
2022
18:35
489
50
1943
Virtual karabakh

Zakir Həsənov: “Ordumuzda Türkiyə təcrübəsi əsasında yeni idarəetmə sistemi qurulub”

25 İyn, 2022
18:35
1943

Zakir Həsənov: “Ordumuzda Türkiyə təcrübəsi əsasında yeni idarəetmə sistemi qurulub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğun təkmilləşdirilməsi işləri uğurla yerinə yetirilir. Artıq müsbət nəticələr də var.

Bu fikirləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov "REAL TV"yə müsahibəsində deyib.

“Bütün dünyanın hərb elmi orduların idarəçiliyi üzərində durur. Bu, çox mühüm bir məsələdir. Son hərbi qarşıdurmalar da göstərir ki, bu məsələyə çox ciddi diqqət yetirmək lazımdır. Biz müharibədən də öncə, bu məsələyə çox ciddi fikir verirdik. Siz xatırlayırsızsa, mən bu haqda deyirdim. Müharibədən sonra da bu istiqamətdə gördüyümüz nöqsanları aradan qaldıraraq, artıq Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən istifadə edərək yeni bir sistem qurduq. İdarəetmə sistemi”, - müdafiə naziri vurğulayıb.

Zakir Həsənov bildirib ki, ordunun idarəetmə sistemində böyük irəliləyiş var.

“Düzdür, müharibə vaxtı bizim idarəetmə sistemi çox yaxşı işlədi. Ordunu idarə edirdik, qarşılıqlı əlaqəni qururduq. Və bunun döyüşlərə təsiri çox böyük idi. Müsbət haldır ki, ordu tam şəkildə idarə olunurdu və vəzifələri yerinə yetirirdi”, - Z.Həsənov əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri