28 
İyn
2022
16:00
147
17
2303
Virtual karabakh

Avropa və Asiyanın Zəngəzur dəhlizinə ehtiyacı var - QAZAXISTANDAN ŞƏRH

28 İyn, 2022
16:00
2303

Avropa və Asiyanın Zəngəzur dəhlizinə ehtiyacı var - QAZAXISTANDAN ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz Cənubi Qafqaz vasitəsilə yükdaşımaları artırmalıyıq. Düşünürəm ki, Xəzər sammiti çərçivəsində Azərbaycan və Qazaxıstan liderləri arasında bu mövzu mütləq müzakirə olunacaq”.

Bunu qazaxıstanlı politoloq Zamir Karajanov Rusiya və İrana qarşı sanksiyalar səbəbindən tədarük zəncirlərinin pozulduğu indiki reallıqlar şəraitində Xəzər dənizi vasitəsilə neft, qaz və yüklərin tədarükü üçün yeni marşrutun əhəmiyyətini Oxu.Az-a şərh edərkən bildirib.

O, təbii olaraq hər kəsin bundan məmnun olmayacağını deyib.

“Xatırlayaq ki, yüklərin, xüsusən də enerji resurslarının Qafqaz regionundan tranziti məsələsi gündəmə gələndə bu, həmişə Rusiyanın ağrılı reaksiyasına səbəb olub. Amma indi Rusiya Federasiyası sanksiyalara görə bizə fasiləsiz yük dövriyyəsinə zəmanət verə bilməz”, - deyə ekspert izah edib.

Politoloq “Qafqaz dəhlizi”nin də hazırda Orta Asiya və Çinin tranzit ehtiyaclarını ödəyə bilməyəcəyini qeyd edib.

“Deməli, bu, şübhəsiz ki, Aşqabadda müzakirə olunacaq və detallar yenə də ikitərəfli danışıqlar çərçivəsində, məsələn, İlham Əliyevlə Kasım-Jomart Tokayev arasında müzakirə olunacaq”, - deyə qazaxıstanlı müsahib əlavə edib.

Politoloq Cənubi Qafqazda kommunikasiyaların, o cümlədən yeni - Zəngəzur dəhlizinin açılmasının Qazaxıstan və digər ölkələr üçün faydalı olduğunu vurğulayıb.

“Əgər Qazaxıstandan danışırıqsa, o zaman bizə ümumiyyətlə ölkəmizin məhsullarını Asiya və ya Avropaya çıxara biləcək istənilən alternativ marşrut lazımdır”, - deyə Z.Karajanov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri