29 
İyn
2022
14:23
247
15
1268
Virtual karabakh

Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb - FOTO

29 İyn, 2022
14:23
1268

Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Pakistan HHQ komandanı da xüsusi qeyd edib ki, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. Azərbaycan-Pakistan əlaqələri müxtəlif istiqamətlərdə genişlənərək xeyli güclənib, o cümlədən iki ölkənin hərbi sahədə əməkdaşlığı böyük potensiala malikdir.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri