Avq
2022
16:51
568
17
3000
Virtual karabakh

Qarabağ qazisi: “Nişanlıyam, toy edib yeni mənzilimizə köçəcəyik” - FOTO

9 Avq, 2022
16:51
3000

Qarabağ qazisi: “Nişanlıyam, toy edib yeni mənzilimizə köçəcəyik” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nişanlıyam, müalicəm bitdikdən sonra toy edərək dövlət tərəfindən verilən yeni mənzilimizə köçməyi planlaşdırırıq”.

Bunu “Report”a açıqlamasında Vətən müharibəsi qazisi, III dərəcəli əlil Məmməd Məmmədov deyib.

O, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü olaraq qatıldığını bildirib:

“Füzuli, Hadrut, Tuğ və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Oktyabr ayının 21-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı yaralandım. Hadisə nəticəsində qapalı kəllə-beyin travması və sağ ayağımdan qəlpə yarası almışam. Hazırda dövlət tərəfindən mənə hər cür diqqət və qayğı göstərilir”.

M.Məmmədov müharibə əlillərinin, veteranlarının problemlərinin, qayğılarının, sosial məsələlərinin həllinin hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu qeyd edib:

“Cənab Prezidentin tapşırığı ilə, müharibə əlillərinə verilən evlərdən biri də mənə qismət olub. Belə ki, Bakı şəhərinin Binəqədi rayonunun Xocasən qəsəbəsində mənə birotaqlı mənzil verilib”.

Qazi hazırda Sumqayıt şəhərində kirayədə yaşayır, amma bu müvəqqətidir:

“Nişanlıyam və müalicəm davam edir. Sağaldıqdan sonra toy edərək dövlət tərəfindən verilən yeni mənzilimizə köçməyi planlaşdırırıq. Mən hazırda III dərəcəli əlilliyə görə Prezident təqaüdü alıram. Hesab edirəm ki, bu gün qazilərə göstərilən yüksək diqqət və qayğı göz qabağındadır. Bütün bunlara görə Prezidentimizə, Birinci vitse-prezidentimizə, dövlətimizə minnətdarlığımı bildirirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri