11 
Avq
2022
12:57
204
61
1198
Virtual karabakh

Tankçılarımızın Rusiyadakı yarışa hazırlıq görüntüləri - FOTO

11 Avq, 2022
12:57
1198

Tankçılarımızın Rusiyadakı yarışa hazırlıq görüntüləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçularımız beynəlxalq müsabiqəyə qatılacaqları tankların texniki vəziyyətini yoxlayıb, döyüş maşınlarının ştat silahlarından yoxlama atışları icra ediblər.

Komandamızın heyəti ilə görüşən general-mayor İlqar Lətifov onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından uğurlar və yarışlarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.

Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsində Monqolustan komandası ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 13-də başlayacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri