15 
Avq
2022
10:36
27
374
8184
Virtual karabakh

Bir gecənin 23 şəhidi - FOTO

15 Avq, 2022
10:36
8184

Bir gecənin 23 şəhidi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Cəbrayıl rayonu ilə keçmiş Hadrut rayonu arasındakı Daşbaşı postunda həlak olan 23 şəhidin anım günüdür.

15 avqust 1993-cü il gecə saat 04:00 radələrində Daşbaşı postuna qəfil hücum edən erməni silahlı birləşməsi 23 əsgərimizi vəhşicəsinə qətlə yetirmişdi.

Daşbaşı postu Cəbrayılın müdafiəsi üçün ən vacib mövqe idi. Qeyri-bərabər döyüşdə erməni qüvvələri bizim döyüşçülərdən iki dəfə çox olmuşdu.

Həmin gecə postu müvəqqəti ələ keçirən düşmənlər 23 nəfər cəbrayıllı gənci öldürməklə kifayətlənməmiş, onların meyitlərini təhqir etmiş, tanınmaz hala salmışdılar.

Modern.az-ın məlumatına görə, Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyniadlı kənd 27 il sonra - 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri