15 
Avq
2022
15:57
230
15
1070
Virtual karabakh

Artilleriyaçılarımızdan Qazaxıstandakı yarışın ilk mərhələsində uğurlu çıxış - FOTO

15 Avq, 2022
15:57
1070

Artilleriyaçılarımızdan Qazaxıstandakı yarışın ilk mərhələsində uğurlu çıxış - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin ilkin mərhələsi başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edərək, minalanmış ərazini keçib, pulemyotlardan, minaatanlardan, qumbaraatanlardan və atıcı silahlardan atəş tapşırıqlarını yerinə yetiriblər.

Peşəkarlıq nümayiş etdirən artilleriyaçılarımız birinci mərhələdə bütün hədəfləri sərrast atəşlə məhv ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri