18 
Avq
2022
11:49
150
8
742
Virtual karabakh

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - FOTO

18 Avq, 2022
11:49
742

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan Respublikasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.

Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuela və Zimbabve komandaları iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri