17 
Fev
2015
15:52
10
46
1151
Virtual karabakh

Uorlik danışıqlar üçün daha bir imkana ümid edir

17 Fev, 2015
15:52
1151

Uorlik danışıqlar üçün daha bir imkana ümid edir

“Bu günə heç nə”.

Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar aparma üçün daha bir imkanı olacaq. 

Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan XİN-də jurnalistlərə bildirib. 

Diplomat qeyd edib ki, hazırda onun heç bir şərhi yoxdur. Həmsədrlərin tərəflərə yeni təklifinin olub-olmaması ilə bağlı suala Uorlik deyib:

“Danışıqlar üçün daha bir imkan olacaq, lakin bu günə heç nə”. 

Xatırladaq ki, dünən Minsk Qrupunun həmsədrləri Bakıda olub və prezident İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşüblər. 
 
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri