Sen
2022
10:20
200
39
1694
Virtual karabakh

Azərbaycan Çindən müasir silahlar ala bilər

8 Sen, 2022
10:20
1694

Azərbaycan Çindən müasir silahlar ala bilər

“Azərbaycan Çinin “CETC International” müdafiə sənayesi şirkəti ilə əməkdaşlıqda maraqlıdır”. 

Bu barədə Oxu.Az-a açıqlamasında “ADEX-2022” Beynəlxalq Müdafiə Sərgisində şirkətin Azərbaycan təmsilçisi İlham Məmmədov deyib. 

O bildirib ki, şirkət təhlükəsizlik kameralarından tutmuş, hava hücumundan müdafiə sistemləri, antidron texnologiyalara qədər müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal edir.

“Bizim məqsədimiz budur ki, bu sahədə yerli kadrlar da yetişsin. Çin şirkəti çeşidli hərbi təyinatlı məhsullar istehsal edir və bunlar müasir hərb sistemində üstün texnologiyalar sırasında yer alır”, - deyə o əlavə edib. 

İlham Məmmədov qeyd edib ki, şirkət məhsullarını Azərbaycana da satmaqda maraqlıdır. 

Qeyd edək ki, Müdafiə Sərgisi bu gün yekunlaşır. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri