14 
Sen
2022
18:36
88
676
10701
Virtual karabakh

Şəhid Yunis Kazımov Qazaxda torpağa tapşırıldı - YENİLƏNİB + FOTO/VİDEO

14 Sen, 2022
18:36
10701

Şəhid Yunis Kazımov Qazaxda torpağa tapşırıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Kazımov Yunis Qasım oğlu dəfn olunub.

“Report”un məlumatına görə, Qazax rayon Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımovla Qazax rayon Kəmərli kəndində ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Sonra şəhid Kəmərli kənd Qəbiristanlığında dəfn olunub.

08:25

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan XTQ zabiti Yunis Qasım oğlu Kazımovun nəşi Qazax rayon Kəmərli kəndinə aparılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Y.Kazımovun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri