21 
Fev
2015
11:00
13
111
4026
Virtual karabakh

Cəbhədəki son vəziyyət – RƏSMİ

21 Fev, 2015
11:00
4026

Cəbhədəki son vəziyyət – RƏSMİ

Qazax və Tovuzda vəziyyət gərginləşdi.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Azərbaycanın Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad, Cəvahirli, Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Horadiz, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri