27 
Sen
2022
19:31
241
20
1177
Virtual karabakh

Qazilərdən ibarət “Mübarizlər” teatrı Anım Günü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirib - FOTO

27 Sen, 2022
19:31
1177

Qazilərdən ibarət “Mübarizlər” teatrı Anım Günü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazilərdən ibarət “Mübarizlər” teatrı Anım Günü ilə bağlı “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib.

“Report” xəbər verir ki, tamaşa Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil edilib.

Tamaşada A.İsgəndərov adına xalq teatrının aktrisası Güldərən Azayeva və başqaları iştirak ediblər.

Mərasimin rəsmi hissəsində Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, şanlı qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib.

Tədbirin yekununda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri