28 
Sen
2022
19:45
15
763
8076
Virtual karabakh

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb - VİDEO

28 Sen, 2022
19:45
8076

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri