29 
Sen
2022
21:25
281
41
6747
yuxarı
İtkin əsgərin atası: “Oğluma əsl Bakı toyu edəcəkdim” - VİDEO
29 Sen, 2022
21:25
6747
281
41
İtkin əsgərin atası: “Oğluma əsl Bakı toyu edəcəkdim” - VİDEO
Baku TV-nin əməkdaşı Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlər zamanı itkin düşən əsgər Aydın Feyzullayevin ailəsini ziyarət edib.
Vətən müharibəsində itkin düşən altı hərbçidən biri olan Aydının atası ilə son telefon danışığı sentyabrın 30-da olub.
“Hücuma getməli idilər. Eşitdim ki, bombalar tökülür. Mənimlə də, anası ilə də danışdı. Bizimlə vidalaşırdı”, - deyə itkin hərbçinin atası Zakir Feyzullayev bildirib.
İtkin övladı üçün məzar daşı qoyduran ata onun sağ ola biləcəyinə ümid etdiyini də qeyd edib.
“Sevdiyi qız var idi. Anası ilə söhbət edirdi, mənə çox şeyi deməzdi. Ona əsl Bakı toyu edəcəkdim”, - deyə Z.Feyzullayev əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
25 
Apr
2024
01:26
İstilər özü ilə birlikdə avtobuslarda kondisioner problemini gətirib - VİDEO
8
2
166
24 
Apr
2024
21:36
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb
69
16
502