Okt
2022
11:46
184
21
3012
Virtual karabakh

İqor Koziy: “Rusiya nüvə silahını işə salmaqla oxşar cavab alacaq” - MÜSAHİBƏ

1 Okt, 2022
11:46
3012

İqor Koziy: “Rusiya nüvə silahını işə salmaqla oxşar cavab alacaq” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Deməzdim ki, Rusiya Federasiyasında taktiki nüvə silahı ilə bağlı hər şey qaydasındadır”.

Bu sözləri Ukrayna Avro-Atlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziy Rusiyanın nüvə silahından istifadə ilə bağlı bəyanatları fonunda bu silahdan istifadənin təhlükələri barədə Oxu.Az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Sizcə, Rusiyanın elan etdiyi “referendumlar” və Ukraynanın 4 vilayətinin ilhaqından sonra həqiqətənmi nüvə silahından istifadə ehtimalı artır?

- Gəlin, başqa məsələlərdən başlayaq. Müharibə Avropada gedir. Avropa isə baş verənlərə ciddi yanaşmalıdır. Hətta İtaliyada keçirilən son seçkilər də Rusiyanın apardığı hibrid müharibənin elementlərindən biridir (1946-cı ildən bəri ilk dəfə İtaliyada keçirilən seçkilərdə sağçı “İtaliya qardaşları” partiyası qalib gəlib – red.). Əgər Avropa rəsmiləri bunu başa düşmürlərsə, mən çox təəssüf edirəm.

İndi isə sizə taktiki nüvə silahlarından danışacağam, lakin burada da əvvəldən başlayacağam. Rusiyanın Ukraynanı işğalı başlayanda aparıcı beyin mərkəzləri Rusiya Federasiyasında 12 500 tankın olmasından danışırdılar. Ukrayna bu rəqəmin 20%-ə qədərini məhv edib. Xüsusilə tanklar üzərində diqqəti cəmləyirəm və sual verirəm: qalan 80% haradadır? Və onlar hansı vəziyyətdədirlər? Çox güman ki, onları korrupsiya “yeyib”. Nüvə silahlarına nə oldu bəs? Bir hadisəni xatırladım, bir dəfə Qara dəniz donanmasının nüvə raketlərindən birini adi bir yük maşını ilə daşımağa çalışdılar, baxmayaraq ki, bunun üçün xüsusi konteynerlər var. Bu işlə texniki raket bazaları məşğul olmalıdır. Bu, hələ müharibə başlamazdan əvvəl baş vermişdi. Bu, nə deməkdir? O deməkdir ki, Rusiya Federasiyasında nüvə silahının çatdırılması üçün praktiki olaraq heç bir xüsusi avadanlıq yoxdur. Ona görə də deməzdim ki, Rusiya Federasiyasında taktiki nüvə silahı ilə bağlı hər şey qaydasındadır.

Hələ sovet dövründə taktiki nüvə silahı ilə işləmək çox çətin iş sayılırdı. Əslində sursatın özü, döyüş başlığı həmişə “isti vəziyyətdə” olmalıdır. Və bütün bu sistem indi necə işləyəcək? Belqorod yaxınlığında və başqa ərazilərdə nüvə silahı saxlamaq üçün xüsusi bazalar var. Amma bu sursatları, taktiki nüvə silahlarını müəyyən yerlərə çatdırmaq lazımdır. Bunun üçün xüsusi avadanlıq yoxdur, ya da bərbad vəziyyətdədir. Eyni zamanda qeyd edirəm ki, Rusiya ordusunda kalibri 120 mm və ondan yuxarı olan bütün sistemlər nəzəri olaraq nüvə silahını işə sala bilər. Mənim fikrim budur ki, Rusiya Federasiyasında 30 il ərzində “demokratiyanın bərqərar olduğu” dövrdə bütün bu silahlar çox anlaşılmaz bir vəziyyətə gəlib. Risk edib atmaq istəyirlərsə, qoy risk etsinlər.

Hər halda, nüvə silahını işə salmaqla Rusiya buna oxşar cavab alacaq. Və bu, Rusiya Federasiyasında ümumi səfərbərlik elan etmək üçün bir fürsət olacaq. Baxmayaraq ki, səfərbərlik indi də həyata keçirilir, onu təvazökarlıqla “qismən” adlandırırlar.

- Bəs mümkün nüvə zərbəsinin cavabını kim verəcək?

- ABŞ bununla bağlı açıq şəkildə bəyan edib ki, Rusiyanın bu addımı cavabsız qalmayacaq.

- Taktiki bir sual vermək istərdim. Taktiki nüvə silahlarının bir çox növləri var, bunlar həmçinin hava bombaları, mərmilər, raketlər, o cümlədən zenit raketləri və hətta sualtı atom yükləridir. Bəs o zaman bunların hamısını necə izləmək olar? Deməli, təhlükə mövcuddur?

- Bəli, təhlükə həmişə var. Əsas məsələ onu minimuma endirməkdir. Amma əsas mahiyyət bu deyil. Mahiyyətcə, Kreml genişmiqyaslı dünya müharibəsini təhrik edir.

Bəziləri deyir ki, nüvə silahından istifadə təhlükəsi blefdir. Bəs Rusiyadakı “qismən səfərbərlik”? Bu, blefdir? Bu məsələdə artıq fərqli vəziyyət yaranıb - səfərbərlik artıq tam şəkildə həyata keçirilir. Bir çox avropalı rəsmilər əslində nə baş verdiyini başa düşmürlər. Bu, Ukraynaya silah ötürülməsinə mane olur.

- Hərbi nöqteyi-nəzərdən Rusiyanın taktiki nüvə silahından mümkün istifadəsi hansı anlam daşıyır?

- Bu, hərbi əməliyyatların müəyyən bir sahəsində uğur gətirə bilər, bəzi qoşun qrupları dağıdıla bilər.

- Və belə bir zərbə Ukrayna Silahlı Qüvvələrini sındırmayacaq?

- Suala sualla cavab verəcəyəm: Bu, bizi niyə sındırmalıdır?

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri