Okt
2022
17:30
355
9
882
Virtual karabakh

Pakistanlı ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir”

3 Okt, 2022
17:30
882

Pakistanlı ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin minalarla çirklənməsi məsələsi ilə bağlı Ermənistana təzyiq göstərməlidir”.

Bunu “Report”a açıqlamasında Ortaq Gələcəyə Malik Cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm deyib.

“Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqları rəqəmsal mərkəzlərə və şəhərlərə çevirmək üçün fəal addımlar atır. Lakin minalanmış ərazilərin dəqiq xəritələrinin olmaması bu prosesə mənfi təsir göstərir. Təəssüf ki, ermənilərin basdırdığı minalardan xeyli insan həlak olub və minalar hələ də can almaqda davam edir”, - pakistanlı ekspert bildirib.

O vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı düşmənçilik edir və sülh yaratmaq istəmir:

“Buna görə də bu ölkə hələ də minalanmış ərazilərin düzgün xəritələrini təqdim etməyib. Pakistan həm milli, həm də beynəlxalq səviyyədə həqiqətlərin və faktların yayılmasında Azərbaycana dəstəyini davam etdirəcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri