Okt
2022
00:01
15
379
2712
Virtual karabakh

İki il öncə: Gəncə ikinci dəfə Ermənistan tərəfindən raket atəşinə tutulmuşdu - VİDEO

5 Okt, 2022
00:01
2712

İki il öncə: Gəncə ikinci dəfə Ermənistan tərəfindən raket atəşinə tutulmuşdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Vətən müharibəsində Ermənistan tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından iki il keçir.

Oxu.Az xatırladır ki, Ermənistan 2020-ci il oktyabrın 5-də Gəncəyə raket atıb.

Hücum nəticəsində üç mülki şəxs yaralanıb.

Qeyd edək ki, Ermənistan 2020-ci il oktyabrın 4-də səhər saat 10 radələrində Gəncəyə ilk dəfə raket atıb.

Raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadıqları ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində bir mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Ermənistanın bu addımı müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri