26 
Fev
2015
17:16
173
21
1704
Virtual karabakh

ABŞ-ın Pensilvaniya ştatında Xocalı qətnaməsi qəbul edildi – FOTO

26 Fev, 2015
17:16
1704

ABŞ-ın Pensilvaniya ştatında Xocalı qətnaməsi qəbul edildi – FOTO

“Erməni silahlı birləşmələri Xocalıya hücum ediblər”.

ABŞ-ın Pensilvaniya ştatının qanunverici orqanı tərəfindən Xocalı qətliamını pisləyən HR 109 saylı qətnamə layihəsi qəbul edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, başda Nümayəndələr Palatasının üzvü Heri Ridşou (Harry Readshaw, D) olmaqla, ştatının 16 nümayəndəsinin həmmüəllifliyi ilə hazırlanmış qətnamədə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş qanlı cinayət pislənir, erməni silahlı birləşmələri tərəfindən yerli əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyi vurğulanır.

Xocalı qətliamının 23-cü ildönümünü və onun qurbanlarını anan qətnamə layihəsi (HR 109) sessiya zamanı ilk oxunuşdan mütləq səs çoxluğu ilə (198/0) qəbul edilərək, spiker və sənədin əsas müəllifi konqresmen Heri Ridşou tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim edilib.

Qətnamə layihəsinin əsas müəllifi H. Ridşou çıxışı zamanı erməni silahlı birləşmələrinin Xocalıya hücum etdiyini və Ermənistan-Azərbaycan münaqişəsi tarixində dinc əhalinin ən böyük qətliamını həyata keçirdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl, fevralın 23-də ABŞ-ın Nyu Meksiko ştatının Senatı plenar iclasında Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən geniş qətnamə qəbul etmişdi.

Qətnamədə bildirilirdi ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir.

Bundan başqa, fevralın 25-də ABŞ-ın Corciya ştatının qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb.

Bəyanatda qeyd olunur ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətliam nəticəsində 600-dən çox mülki insan həyatını itirib.

Həmçinin vurğulanır ki, gələcəkdə belə dəhşətli hadisələrin baş verməməsi üçün bu kimi faciəvi günlərin yad edilməsi olduqca önəmlidir. Sonda Qubernator Xocalı qətliamının ildönümü ilə bağlı tədbirlərin təşkilini təqdir edib:

“Qoy belə faciələrin tariximizin səhifələrini bir daha ləkələməsinə heç zaman yol verilməsin”.

Oxu.Az qəbul edilmiş sənədlərin surətlərini təqdim edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri