Okt
2022
15:07
199
18
1671
Virtual karabakh

Azərbaycanın HDQ komandanı italiyalı həmkarı ilə görüşüb - FOTO

7 Okt, 2022
15:07
1671

Azərbaycanın HDQ komandanı italiyalı həmkarı ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya Respublikasının Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıran kontr-admiral S.Bəkirov beynəlxalq Simpoziuma dəvətə görə italiyalı həmkarına təşəkkürünü bildirib.

Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri