28 
Fev
2015
13:24
154
34
3232
Virtual karabakh

Nazir: Bütün sursat ehtiyacımızı yerli istehsal hesabına qarşılayacağıq

28 Fev, 2015
13:24
3232

Nazir: Bütün sursat ehtiyacımızı yerli istehsal hesabına qarşılayacağıq

“Xaricdən asılılıq minimuma endiriləcək”.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bu ildən Silahlı Qüvvələrin bütün sursat ehtiyaclarını yerli istehsal hesabına tam qarşılayacaq.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
 
Nazirin sözlərinə görə, yaxın aylarda Azərbaycanda tank və artilleriya mərmilərinin istehsalını həyata keçirəcək zavodun açılışı planlaşdırılır. Eyni zamanda bu il ərzində 30 mm çaplı mərmilərin, RPQ-7 qumbaraatanları üçün 4 növ döyüş sursatının istehsalına start veriləcək.
 
“Bununla da atıcı silahlar və artilleriya silahları üçün döyüş sursatlarına olan tələb tam qarşılanacaq. Bu istiqamətdə xaricdən asılılıq minimuma endiriləcək”, - deyə Y. Camalov vurğulayıb.
 
Müdafiə sənayesi naziri artıq Azərbaycanın istehsal etdiyi döyüş sursatlarına xarici ölkələrdən tələbatın olduğunu da bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri