17 
Noy
2022
19:24
548
15
5195
yuxarı
Qanunsuz erməni silahlı birləşmələrinin Ağdam və Xocalıda fəaliyyətlərinin qarşısı alındı
17 Noy, 2022
19:24
5195
548
15
Qanunsuz erməni silahlı birləşmələrinin Ağdam və Xocalıda fəaliyyətlərinin qarşısı alındı
Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.
Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.