18 
Noy
2022
16:50
568
19
3369
Virtual karabakh

Erməni əsgərinin anası: “Övladlarımız boş yerə öldülər, bu torpaq bizə lazım deyildi”

18 Noy, 2022
16:50
3369

Erməni əsgərinin anası: “Övladlarımız boş yerə öldülər, bu torpaq bizə lazım deyildi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşaqlarımız boş yerə öldülər. Deməli, bu torpaq bizə lazım deyildi”.

Bunu Qarabağda 44 günlük müharibə zamanı ölən erməni əsgər Jirayr Markaryanın anası Naira Markaryan Ermənistan KİV-nə müsahibəsində bildirib.

Ermənistan hökumətini sərt tənqid atəşinə tutan 42 yaşlı qadın yeganə oğlunun qalıqlarını onun ölümündən doqquz ay sonra, özü də həlak olanların yaxınları axtarışda olan hərbçilərin qalıqlarını Abovyan morqunun zirzəmisindəki torbalarda aşkar etdikdən sonra təhvil ala bilib.

“Oğlumu 18 yaşına qədər böyütdüm, dövlətə, orduya verdim. Bəs bunun müqabilində nə aldım? Sümük parçası. Morqda mənə nə verdilər, bilmirəm. Sadəcə, dedilər ki, bu sənin övladındır, vəssalam”.

Onun sözlərinə görə, övladı çox pis yerə düşüb, oradan sağ çıxmaq mümkün deyilmiş. Qadın həmçinin oğlunun erməni xaininin əlində həlak olduğunu vurğulayıb.

“Bu torpaqlar bizim ərazimiz deyildi, onların ərazisi idi. Bəs 22 il yaşadığımız ərazimiz deyildisə, o zaman bizi niyə oraya apardılar?” - deyə N.Markaryan sözlərini yekunlaşdırıb.

Mənbə: ru.yerevan.today

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri